Paytaxtın Yasamal rayonunun “Qələbə dairəsi”ndə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Bakı Nəqliyyat Agentliyi dekabrın 22-də məlumat yayıb.
Sıxlığın səbəbi A. Salamzadə küçəsi Yasamal rayonu Polis idarəsinin qarşısında, Z. Bünyadov prospekti istiqamətində yolqəzasının baş verməsidir.