Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Məlumata əsasən, ümumi sahəsi 1200 m² olan restoranın damında mühərrik yanıb.
***
09:19
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb.
***
09:06
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb. Bu barədə dekabrın 22-də Report məlumat verib.
Məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Statistikaya əsasən, cari ilin 9 ayı ərzində Azərbaycanda 1 805 yanğın hadisəsi baş verib.