Bakıda çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb. Bu haqda 9 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Çörək sexi Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərir və fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsusdur.
Belə ki, sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, duzun, geri qaytarılmış çörəklərin birbaşa döşəmədə saxlanıldığı və digər nöqsanlar aşkar olunub. Məsələ ilə bağlı tədbirlər görülüb, müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.