Bakıda çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü qadın yanvarın 7-si faciəvi şəkildə ölüb. Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
Məlumatda bildirilir ki, ölən şəxs zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğu digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınıb. Nəticədə qadının qolu qarışdırıcının arasında qalıb və o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.