Bakıda sentyabrın 24-də "Nizami Gəncəvi İli"-nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə 17 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar, kommunikasıya və texnologiyalar sahələrinə, həmçinin əmək bazarına təsiri mövzularını əhatə edəcək.
Təşkil ediləcək tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər iştirak edəcəklər. Konfransa UNİCEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də qoşulacağı gözlənilir.