2021-ci ildə Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 mindən çox uşaq qəbul edilib. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
“Azərbaycanda 1825 uşaq bağçası var. Onlardan 1692-si dövlətə məxsusdur, 133-ü isə özəldir. Orada 131 mindən çox uşaq tərbiyə alır”, - təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq cəlb olunub.
İdarənin tabeliyindəki məktəblərin XII siniflərində (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
Ümumilikdə məktəblərdə 467 722 şagird təhsil alır və 28 226 müəllim çalışır.