Bakıda ötən gün bıçaqlanma hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Bu barədə yanvarın 2-də “Qafqazinfo” xəbər portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
İnsident Yasamal rayonunda baş verib. İki şəxs Yeni Yasamal ərazisində iki qardaşın yaşadığı binaya gəliblər. Onların arasında dava düşüb və Yasamal rayon sakinləri bıçaqlanıblar. Hadisə zamanı hücum edənlərin biri də yaralanıb.
Faktla bağlı araşdırma aparılır.