Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs həbs edilib. Yanvarın 31-də Report-un yaydığı məlumata görə, bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.
Qərara əsasən, o, “polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə” maddəsilə 30 sutka inzibati qaydada həbs olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfərin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etməsini əks etdirən görüntülər yayılmışdı.