Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi icraata götürülüb. Bu barədə yanvarın 8-də Report məlumat verib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.
Daha öncə, 2021-ci ilin 22 avqust tarixində Qaradağ rayonunun Puta qəsəbəsində 27 yaşlı şəxsin üzərində zorakılıq əlamətləri olan cəsədi aşkarlanıb. Daha sonra müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin 36 yaşlı tanışı aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. Buna səbəb sözügedən şəxsin videogörüntüsünün zərərçəkmişin mobil telefonundan silinməməsi olub.
Saxlanılan şəxs barəsində “qəsdən adam öldürmə” maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.