Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb. Bu barədə martın 10-da Report DİN-ə istinadən məlumat yayıb.
Ümumilikdə 220 metr naqilin oğurlandığı məlumat verilib. Şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.