Bakıda bugünədək 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 2-də bildirib.
Məlumata əsasən, küçələrə adları verilənlər Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunan şəhidlərdir.