Bakıda noyabrın 9-da xeyriyyə məqsədli "Qələbə qaçışı" təşkil edilib. Bu barədə Gənclər və İdman Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Qaçış “Qürurla irəli” şüarı altında keçirilib və 5000 metr məsafəni əhatə edib. Elektra Hall-un qarşısından başlayan yürüş Dəniz Limanı Vağzalı yaxınlığında başa çatıb.
Ümumilikdə yarışda iştirak etmək üçün 1246 nəfər qeydiyyatdan keçib. İştirak üçün hər bir şəxs öncədən “YAŞAT Fondu”na ianə edib.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və mükafatları, həmçinin sponsorların hədiyyələri təqdim olunub.
[URIS id=12646]