Bakıda yeni yarımstansiya tikilir. Bununla da paytaxtda 200 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılacaq. Bu barədə martın 9-da “Azərenerji”dən məlumat verilib.
1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan “Qala” yarımstansiyası sökülüb və yenidən inşa edilir. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir. Proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.
Beləliklə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.