Bakıda 3 avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yanvarın 6-da FHN məlumat yayıb.
FHN-nin saytına istinadən, hadisə bu gün səhər saat 06:00 radələrində Suraxanı rayonu ərazisində Suraxanı dairəsində baş verib. Dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə nəticəsində 1990-cı il təvəllüdlü “Daewoo” markalı avtobusun sürücüsü sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. O, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.