DİN-in məlumatına görə, qəza nəticəsində yaralanan daha bir nəfər dünyasını dəyişib. Xəsarət alanların sayı 25 təşkil edir. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
***
09:23
Oktyabrın 13-də aeroport yolunda baş vermiş yol qəzası nəticəsində 5 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Yaralananlardan 10-u qadındır.
Hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, yük avtomobilinin sürücüsü yuxulu olduğuna görə 171 nömrəli sərnişin avtobusuna çırpılıb.
Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs qismində yük avtomobilinin sürücüsü saxlanılıb. Onun 19 yaşlı Qobustan rayon sakini Mahmud Əzizov olduğu müəyyən edilib.
DİN-in məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində paytaxtda 354 yol qəzası baş verib. Nəticədə 145 nəfər vəfat edib, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.