Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 9-da APA xəbər verib.
20 Yanvar metro stansiyası istiqamətində hərəkət edən “Toyota” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dayanan maşına çırpılıb. Daha sonra isə eyni istiqamətdə olan “VAZ-2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Mercedes”də olan bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma davam edir.