Azərbaycanın “Buta Airways” aviaşirkəti cari ilin mart ayından Rusiyanın Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edir. Bu barədə 10 yanvar tarixində aviaşirkətin Facebook səhifəsində deyilir.
Məlumata əsasən, Bakı-Kazan-Bakı istiqamətində uçuşlar 16 mart, Bakı-Ufa-Bakı istiqamətində isə 17 mart tarixindən bərpa edilir. Reyslər hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Biletlərin dəyəri 55 avrodan başlayır.