AZAL-dan "Report"a verilən məlumata görə, artıq Bakıdan Naxçıvana uçuşlar bərpa olunub.
***
10:02
Bu gün, yanvarın 11-də güclü duman səbəbindən AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçan təyyarəsi hava limanına geri qayıdıb. Bu barədə AZAL-ın Telegram səhifəsində məlumat verilib.
Geri qayıtma qərarını hava gəmisinin kapitanı verib. Təyyarə saat 08:50-də hava limanına eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Naxçıvana yola düşəcək.