Qazaxıstanın "Air Astana" aviaşirkəti Bakı - Nur-Sultan istiqamətində uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə 11 yanvar tarixində Trend məlumat yayıb.
Məlumata əsasən, reyslər yanvarın 13-ü və 16-da həyata keçiriləcək.
Qeyd olunur ki, sözügedən reyslərə ilk növbədə əvvəlcə təxirə salınmış reyslərin sərnişinləri qəbul olunacaq.
Qeyd edək ki, “Air Astana” aviaşirkəti yanvarın 6-dan Bakıdan uçuşları ləğv etmişdir.