Türk Hava Yolları (THY) şirkəti bu gün Bakıdan İstanbula və əks istiqamətdə həyata keçirməyi planlaşdırdığı aviareysləri ləğv edib. Bu barədə 10 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, İstanbulda gözlənilən güclü qar yağması səbəbi ilə bu günə nəzərdə tutulan İstanbul TK332, Bakı TK333 reysləri ləğv olunub.
“Qaydalara əsasən, biletləri dəyişə və yaxud qaytara bilərsiniz”,- müraciətdə qeyd olunub.