Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə noyabrın 25-də Trend məlumat verib.
Hadisə 2021-ci ildə Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Təqsirli bilinən şəxs həyat yoldaşını qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqlayıb.
Qadın xəstəxanaya çatdırılaraq xilas edilib.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.