Bakıda iki nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Bu barədə dekabrın 14-də APA məlumat verib.
Məlumata əsasən, Yasamal rayonunda 21 yaşlı gənc evinin hamamında dəm qazından boğulub.
Eyni zamanda, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində 28 yaşlı qız yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
Faktlarla bağlı araşdırmalar davam edir.