Paytaxtın Nizami rayonunda 35 yaşlı qadın yaşadığı evdə həyat yoldaşı tərəfindən döyülüb. Bu barədə martın 26-da Report xəbər verib.
Məlumata görə, zərərçəkən xəstəxanaya çatdırılıb.
Bununla yanaşı, Bakının Xətai rayon sakini 36 yaşlı həyat yoldaşını döyüb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam edir.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.