Dekabrın 1-dən Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə reyslər həyata keçiriləcək. Bu barədə noyabrın 16-da AZAL-dan məlumat verilib.
Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Əl-Küveytdən Bakıya uçuş üçün sərnişinlərin 72 saat əvvəl verilmiş PCR testinin neqativ nəticəsinə dair sənəd olmalıdır.
AZAL noyabrın 19-dan Bakıdan Qazaxıstanın Almatı şəhərinə, noyabrın 25-dən isə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçuşlar həyata keçirəcək.