Bakıda bəzi avtomagistral yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddi endirilib. Bu barədə oktyabrın 30-da Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Məlumata əsasən, yağışlı hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Daha öncə, sentyabrın 28-də yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın sözügedən avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilmişdir.
“Sürücülərə yollarda sürət həddinə əməl etmək, piyadalara isə yolun hərəkət hissəsinə çıxmamaq tövsiyə edilir”, – deyə qurumdan bildirilmişdir.