"Bakı metropoliteni" QSC yeni aldığı üç yeni təsərrüfat qatarını (motovoz) istismara verib. Bu barədə 7 aprel tarixində Cəmiyyət məlumat verib.
Məlumata əsasən, qatarlar Rusiyada - “ViLen” MMC-də istehsal olunub. Bildirilib ki, istehsal zamanı Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profil vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb.
Qatarlar radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma və reversiv idarəetmə sistemləri ilə təchiz olunublar.
Hazırda Bakı metrosunda 27 təsərrüfat qatarı var.