Bakı metrosunda dilənçilərə qarşı əməliyyat keçirilib, 16 nəfər saxlanılıb. Bu barədə martın 9-da Report DİN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, Metropolitendə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılıb və barələrində müvafiq tədbir görülüb.