“Bakı Metropoliteni” QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi işə gələrkən vəfat edib. Bu barədə dekabrın 22-də qurumun mətbuat xidməti məlumat verib.
Məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. Mərhum 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib.
Qeyd edək ki, bugün saat 7:55 radələrində “Elmər Akademiyası” stansiyasında su təchizatı sahəsinin elektrik mexaniki vəfat edib.