Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olub. Bu barədə yanvarın 7-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın 84 nömrəli tam orta məktəbdə baş verib. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Məlumata görə, məktəb distant təhsilə keçib.
[playlist type="video" ids="21580"]