Paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib. Bu barədə yanvarın 13-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik”, - deyə Agentlikdən əlavə edilib.
Piyadalara isə yolu qarşı tərəfə keçərkən piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.