Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
Sentyabrın 15-də paytaxtın işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə şəhərin küçə və meydanlarında hərbi orkestr və şəxsi heyət yürüş keçirəcək. Bununla əlaqədar bir sıra marşrut xətləri üzrə səhər saat 09:00-dan mərasim başa çatanadək dəyişiklik olacaq.
1-ci istiqamət: Şəhidlər xiyabanı - İçərişəhər m/st - İstiqlaliyyət küçəsi - Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər - 3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 ve 127 nömrəli marşrutlar.
2-ci istiqamət: Səməd Vurğun bağı - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq prospekti. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.