Kommunal xidmətlərin işçiləri müasir tələblərə cavab verən 57 ədəd müxtəlif təyinatlı kommunal texnika ilə təmin edilib. Bu barədə avqustun 20-də Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Xidmət əməkdaşları mövsümə uyğun geyim və iş üçün lazım olan inventarlarla, həmçinin velosipedlərlə təmin ediliblər. Velosipedlər operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.