Bakının Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli bina söküləcək. Bu haqda yanvarın 8-də Xətai Rayon İcra Hakimiyyətindən APA-ya məlumat verilib.
Qeyd edilib ki, Cavanşir körpüsünün yaxınlığındakı binanın yerində Zəfər muzeyi tikiləcək. Bina dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.
Artıq sakinlərin köçürülmə prosesinə başlanılıb.
“Bina ərazinin ümumi mənzərəsini də pozurdu”, - deyə İcra Hakimiyyətindən əlavə edilib.