2021-ci ilin avqust ayında Bakının torpaq bazarında qiymətlər 4%-ə qədər artıb. Bu barədə məlumatı 13 sentyabr tarixində Reporta daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, Bakı ətrafında torpaqların ən baha olduğu yerlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh əraziləridir. Həmin yerlərdə torpağın bir sotunun qiymətləri 40 min manat civarındadır. Hövsan və Qaradağdakı torpaqların qiymətləri isə aşağıdır və 1000-1200 manat təşkil edir.
Nüsrət İbrahimov, həmçinin əlavə edib ki, tikinti materialları bazarında da qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 12%-dən çox artım müşahidə olunur.