Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində dekabrın 31-də zəncirvari qəza baş verib. Ölən və xəsarət alanlar yoxdur. Bu barədə APA məlumat verib.
Məlumata əsasən, “Kia”, “VAZ 2106” və iki “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı iki avtomobil yoldan çıxaraq aşıb.
Hadisəyə səbəb yolun buz bağlaması olub.
Faktla bağlı araşdırma davam edir.