Xəzər rayonu Mərdəkan şosesi istiqamətində baş verən qəza nəticəsində ər-arvad ölüb. Bu haqda dekabrın 22-də DİN məlumat verib.
Bakı şəhər sakini idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadaları vurub. Hadisə piyada üçün nəzərdə tutulmayan ərazidə baş verib.
Ər-arvad aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.