Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisinin gələn ilin əvvəlinədək başa çatması planlaşdırılır. Bu barədə 13 yanvar tarixində Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə istinadən məlumat verib.
Məlumatda qeyd olunub ki, sözügedən yol istifadəyə verildikdən sonra Bakıdan Rusiya ilə sərhədə qədər olan məsafə 208 kilometrdən 192 kilometrə enəcək.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan yolun tikintisinə 2018-ci ildə başlanılıb.