Noyabrın 9-da Bakı sakini “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrə görə qətlə yetirilib. Bu barədə noyabrın 10-da Nizami rayon prokurorluğundan məlumat verilib.
Məlumata əsasən, Natiq Ramazanov “TikTok”da yazdığı nalayiq ifadələrlə əlaqədar Əli Musayevlə görüşüb. Aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova bıçaqla xəsarət yetirib. Nəticədə o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Əli Musayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.