Bu gün, martın 11-də saat 11:52-də "Buta Airways"in Bakı-İstanbul reysi Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında enib. Bu haqda Report xəbər verib.
Buna səbəb Türkiyənin Sabiha Gökçen hava limanının əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin uçuşuna müvəqqəti məhdudiyyətlər qoyması olub.
Təyyarə İstanbula Sabiha Gökçen hava limanından icazə alınan kimi yola düşəcək.