Bakı-Sumqayıt elektrik qatarlarında yanvarın 29-da karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirilib. 20-yə yaxın şərnişin cərimələnib.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət isə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
Karantin qaydalarına əməl etməyən sərnişinlər Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür.