Bu gün yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə bütün pensiyalar ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində deyilir.
Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.