Martın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu 9 mart tarixində öz Facebook səhifəsində məlumat verib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiyaların da ödənişi bu ay qrafik üzrə həyata keçiriləcək.