Bakının Qaradağ rayonunda taksi sürücüsü 23 və 20 yaşlı iki qardaşı bıçaqlayıb. Xəsarət alanlardan biri dünyasını dəyişib. Bu barədə APA sentyabrın 23-də məlumat yayıb.
Bıçaqlandıqdan sonra Lökbatanda iaşə obyektində ofisiant işləyən qardaşlar əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb.
Ətrafdakıların köməyi ilə zərərçəkmişlərdən biri xəstəxanaya çatdırılıb, ikincisi isə yolda qanaxmadan keçinib.
Hadisəni aralarında yaranmış mübahisə zamanı bıçaqlananların 24 yaşlı tanışı törədib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Şübhəli bilinən şəxs istintaqa cəlb edilib.