Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yanvarın 31-də məlumat verilib.
Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1 100-dən çox bilet alıblar.
Önəmli dəyişikliklərdən biri də odur ki, ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Digər istiqamətlər üzrə marşrutların hərəkət qrafikinə edilən dəyişikliklər aşağıdakı cədvəldə qeyd olunub.
[gallery columns="1" size="full" link="file" ids="28986"]