Bakıda pul müqabilində vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən 5 nəfərə cinayət işi açılıb. Bu barədə sentyabrın 16-da Baş Prokurorluq məlumat yayıb.
Məlumata əsasən, Bakı şəhəri 20 saylı Şəhər Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkimlərinin və “Paşa-K” firmasının mütəxəssisinin qanunsuz əməlləri ifşa edilib. Onlar 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat müqabilində peyvənd vurulmadan vaksin sertifikatının verilməsini və “E-Təbib” portalında məlumatların dəyişdirilməsini təşkil ediblər.
Həmin tibb işçiləri barələrində Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanıb.