Bakı və Biləsuvarda avtomobillər yanıb. Bu barədə martın 29-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Biləsuvar şəhərində "VAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin Bakının Binəqədi rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.