Bakı və Gəncə şəhərlərindəki ticarət mərkəzlərində COVID-19 pasportlarının yoxlanılması yeni sistemlər vasitəsilə sürətləndirilib. Bu barədə dekabrın 21-də Trend məlumat yayıb.
28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall və Gəncə Mall-un girişlərində xüsusi cihazlar quraşdırılıb. Belə ki, vətəndaşlar COVID-19 pasportunda göstərilən QR kodu skan edərək və ya şəxsiyyət vəsiqələrini apparatdan keçirərək ticarət mərkəzinə daxil ola bilərlər.
Oktyabrın 1-dən ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.