Bakı və Sumqayıtda moped oğurlayan şəxslər saxlanılıb. Bu haqda martın 11-də Report xəbər verib.
Bakının Nəsimi rayonunda iki moped oğurlayan iki Bakı şəhər sakini tutulub. Onlardan biri əvvəllər də məhkum olunub.
Həmçinin Sumqayıt şəhər sakininin həyətyanı sahədə olan mopedi oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam edir.