Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq. Bunu “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze yanvarın 10-da “Forbes” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.
Qeyd edək ki, qonşu ölkələrin paytaxtları arasında sərnişin qatarlarının hərəkəti COVID-19 pandemiyasına görə 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.