Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir. Bu barədə aprelin 11-də AAYDA məlumat yayıb.
Sülh küçəsi boyunca 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Daha sonra nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 kilometr təşkil edən 6 küçədə təmir işlərinə başlanılıb. 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçə təmir edilib.
[URIS id=41761]